Yarımdünya

Fuad – cinayət-axtarış idərəsinin əməkdaşı, Anar isə tamaşaçı sevgisini qazanmağa can atan musiqiçidir. Uşaqlıqdan hər bir sevinc və kədəri bir-birləri ilə bölüşən dostlar bu gün gözəl və uğurlu Dənizin sevgisini öz aralarında bölə bilmək gücündə deyillər. Onların dostluğu bir vaxtlar belə bir sınaqdan artıq keçib. Bəs bu dəfə necə olacaq? Dünya qədər qoca, lakin daim aktual… hekayə… Kinoda həyatdakı kimi, həyatda kinodakı kimi. Deyəsən, onların dünyadan xəbəri yoxdur…...

Gecə Qonağı

Tək yaşayan Camal rəssamlıqla məşquldur, lakin heç kimin onun əsərlərini bəyənmədiyinə görə onda böyük depressiya yaranır. Onun Lalə adında özünübəyənən bir nişanlısı var. Bir gün dostu Ədalət gecə yarısı bir bar qızı Zara ilə sərxoş vəziyyətdə Camalın evinə gəlir. Ədalət Camaldan xahiş edir ki, qız bir gecə onun evində qalsın. Lakin səhər açılanda Ədalət qızın dalınca gəlmir. Yuxudan oyananda Zara elə bilir ki, onu evə Camal gətirib. Beləliklə, fərqli dünyaların adamları olan insanlar arasında yasaq eşq yaranır. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz olacaq....

Sağ Qalan

Hyu Glass dərilərinə görə heyvanları ovlayan bir təşkilat üçün çalışan təcrübəli ovçudur. Ancaq ov etdikləri ərazilərdə özlərindən başqa həm yerli qırmızıdərililər həm də fransız qoşunlarıda var. Ov zamanı bir ayı tərəfindən ölümcül halda yaralanan Glass, briqadası tərəfindən tərk edilir. Amma ərazini hamıdan yaxşı bilən ovçu Glass həyatda qalır və yavaş-yavaş da olsa yaraları sağalır. Çünki həyatda qalmağı üçün olduqca etibarlı bir səbəbi vardır.
...